Konfrans çərçivəsində “Əsrin Müqaviləsi”nə həsr olunmuş xüsusi iclas da keçiriləcək və bu iclasda iştirakçılar sözügedən müqavilənin tarixi, həyata keçirilməsi və uğurları ilə tanış ola biləcəklər.
Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft-qaz sənayesinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilib.
Azərbaycanın energetika naziri Natiq Əliyev, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, İran İslam Respublikasının Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə departamentin baş direktoru Hüseyn Esmaeli Şahmirzadə, Enerji Xartiyasının Baş katibi Urban Rusnak və Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev və digər şəxslər öz məruzələri ilə çıxış edəcəklər.
Həmçinin, konfransda aşağıdakı mövzulara da toxunulacaq: “Avrasiyaya enerji təchizatının təminatında Azərbaycanın rolu”, “Əsrin Müqaviləsinin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan Neft və qaz nəqlinin diversifikasiyası”, “qazin qiyməti və uzunmüddətli müqavilələr: mühüm neft-qaz layİhələrİnİn davamlı İnkİşafının təmİnİ”, “Enerji ehtiyatlari bazasının genişləndirilməsi. Alternativ enerji mənbələri”, “Qazıma və hasilat texnologiyaları”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Azərbaycanda neft kimyası və neft emalının mövcud vəzİyyətİ və İnkİşaf perspektİvlərİ”.
Konfransda ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq xüsusunda aktual məsələlər, habelə dəniz platformaları, qazma qurğuları və dəniz boru kəmərlərinin tikintisində innovasiyalar, eləcə də Xəzəryanı regionda həm hasilat sənayesi, həm də neft-qaz resurslarının daşınması üzrə yeni layihələr ətrafında geniş müzakirələr keçiriləcək.