Bankdan verilən məlumata görə, Forsaj sistemi ilə müştərilər Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadan kənar köçürmələrdə 1,99% komissiya tətbiq olunur. Göndərilən vəsaiti bir neçə dəqiqə sonra Rusiyanın istənilən ərazisində olan məntəqələrdən almaq mümkündür.
Qeyd edək ki, pul köçürmə xidmətlərini “DəmirBank”ın 33 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Contact, Coinstar, Blizko, Forsaj, PrivatMoney, UPT, Lider və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. “DəmirBank” özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.
Həmçinin, “DəmirBank”ın filiallarında pul köçürmə sistemləri ilə pul göndərən və ya alan müştərilərə mobil danışıq kartları hədiyyə edilir. Ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.