Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

12-14 iyun tarixlərində beynəlxalq konfrans keçiriləcək

12-14 iyun tarixlərində beynəlxalq konfrans keçiriləcək


Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının (AQBA) 12-14 iyun tarixlərində Brest şəhərində Beynəlxalq Konqresi keçiriləcək.



Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Tərəfindən İşğalı Nəticəsində Məruz Qalınan İtki və Tələfatların Qiymətləndirilməsi Üzrə İşçi Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı, Nazirlər Kabinetinin Qaçqınların, Məcburi Köçkünlərin və Miqrasiya Problemləri üzrə şöbənin müdir müavini Telman Məmmədov, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tikinti-təmir və hüquq şöbəsinin müdiri Ələddin Məmmədov iştirak edəcəklər.



Konqresdə “Beynəlxalq Qiymətləndirmə Standartların”dan əlavə, həm də Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının müvafiq standartlarının qəbul edilməsi və həmin standartlarda münaqişələr, müharibələr və terrorlar nəticəsində baş verən itki və tələfatların dəyərləndirilməsi, habelə zərərçəkən tərəfə təzminatların ödənilməsi qaydaları müzakirə olunacaq. Bu tədbir Azərbaycan ərazilərinin erməni silahlı qüvvələrinin işğalı nəticəsində məruz qalınan itki və tələfatların Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun olaraq Ermənistan tərəfindən təzminat şəklində ödənilməsi istiqamətində əsaslı addım olacaq.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR