Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabah 21-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi başlayır

Sabah 21-ci Beynəlxalq Xəzər neft və qaz sərgisi başlayır
Sabahdan Bakıda 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi öz işinə başlayacaq.


Sərgi iyunun 6-da başa çatacaq.



Bununla bağlı keçirilən mətbuat konfransında sərginin təşkilatçısı “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, sözügedən sərgi hər il neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir arada toplayır.



“Bu il Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisə - “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü qeyd edilir. Birinci “Caspian Oil & Gas” sərgisi öz işinə 1994-cü ildə - həmin ilin sentyabr ayında Azərbaycanın neft sənayesi və iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcı olan “Əsrin Müqaviləsi”nin imzalanması ərəfəsində başladı. Həmin vaxt Ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsində birinci ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdi. O vaxtdan bəri “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sənayesinin aparıcı peşəkarlarının görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, habelə saziş və müqavilələr imzalanır.



Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiq edir. Ölkə başçısı bu il də sərgi və konfransın iştirakçı və qonaqlarının ünvanına salamlama məktubu göndərib”-deyə, o qeyd edib.



Sərginin meneceri Tofiq Kərimov bildirib ki, bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir.



Onun sözlərinə görə, sərgi meydançasının 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə “Əsrin Müqaviləsi”nin iştirakçıları var (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP”, “Statoil”, “TPAO”, “Lukoil” və s.):



“Sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər”.



O qeyd edib ki, sərgi iştirakçılarının ümumi sayının 35%-ni yerli şirkətlər təşkil edir, ümumiyyətlə isə sərginin bütün ekspozisiyası üzrə artım 10%-dir.



Sərgi ilə yanaşı iyunun 4-5-də neft və qaz konfransı da keçiriləcək. Konfransın meneceri Nigar Muradxanlı bildirib ki, hər il yüksək vəzifəli qonaqlar bu sərgi və konfransı ziyarət edir və tədbirin rəsmi açılış mərasimində iştirak edirlər.



Onun sözlərinə görə, “Caspian Oil & Gas 2014” sərgi və konfransının “VIP” səviyyəli qonaqları arasında Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyənin nəqliyyat nazirinin müavini Firudun Bilgin Enerji Xartiyasının Baş katibi Urban Rusnak, Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, Robert Dadli, BP şirkətinin baş icraçı direktoru, Daniel Ştayn, ABŞ Dövlət Departamentinin Enerji məsələləri üzrə Baş məsləhətçisi və digərləri var.


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR