Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Beynəlxalq "Caspian Oil & Gas" konfransı keçiriləcək

Beynəlxalq


Bu ilin 4-5 iyun tarixində “JW Marriott Absheron Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı Xəzər Neft və Qaz sərgisini müşayiət edən işgüzar proqramın mühüm hissəsidir. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft-qaz sənayesinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilib. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Böyük Britaniya baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi cənab Çarlz Hendri, İran İslam Respublikasının Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə departamentinin baş direktoru Hüseyn Esmaeli Şahmirzadə, Enerji Xartiyasının baş katibi cənab Urban Rusnak və Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev və digər şəxslər öz məruzələri ilə çıxış edəcəklər.



Konfransda əlamətdar hadisəyə - “Əsrin Müqaviləsi”nə həsr olunmuş xüsusi iclas da keçiriləcək və bu iclasda iştirakçılar sözügedən müqavilənin tarixi, həyata keçirilməsi və uğurları ilə tanış ola biləcəklər. Həmçinin, konfransda aşağıdakı mövzulara da toxunulacaq: “Avrasiyaya enerji təchizatının təminatında Azərbaycanın rolu”, “Əsrin Müqaviləsinin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan Neft və qaz nəqlinin diversifikasiyası”, “qazın qiyməti və uzunmüddətli müqavilələr: mühüm neft-qaz layihələrinin davamlı İnkişafının təmini”, “Enerji ehtiyatlari bazasının genişləndirilməsi. Alternativ enerji mənbələri”, “Qazıma və hasilat texnologiyaları”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Azərbaycanda neft kimyası və neft emalının mövcud vəziyyəti və İnkişaf perspektivləri”. Konfransda ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq xüsusunda aktual məsələlər, habelə dəniz platformaları, qazma qurğuları və dəniz boru kəmərlərinin tikintisində innovasiyalar, eləcə də Xəzəryanı regionda həm hasilat sənayesi, həm də neft-qaz resurslarının daşınması üzrə yeni layihələr ətrafında geniş müzakirələr keçiriləcək.



Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). Konfransın qızıl sponsorları qismində “BP Azerbaijan” və “Baker Hughes” şirkətləri, gümüş sponsorları qismində isə “RWE DEA AG” və “Inpex Corporation” şirkətləri çıxış edirlər. Konfransın digər sponsorları arasında “Ballast Pipeline SVAP”, “Caspian Geophysical JV”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Nobel Oil LTD”, “Dassault Systèmes”, “Ernst and Young”, “Dentons”, “Shlumberger”, “SNF Vostok”, “SOCAR AQŞ”, “Statoil”, “TAP”, “Total E&P Azerbaijan” və “Welspun Middle East DMCC” şirkətləri var. Konfransın rəsmi aviaşirkəti Ukrayna Beynəlxalq Hava Yollarıdır (UIA). Sərgi və konfransın baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.



“Caspian Oil & Gas” sərgi və konfransı ilə bağlı ən son xəbərlər operativ şəkildə rəsmi www.cog.az və www.oilgasconference.az veb-saytlarında yerləşdiriləcək. Həmçinin, sərgi və konfrans zamanı bir sıra nəşrlər də işıq üzü görəcək. Bu nəşrlər arasında sərgi iştirakçıları barədə ətraflı məlumatlardan, habelə məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyətini əks etdirən konfrans materiallarından ibarət rəsmi sərgi kataloqu da var. Həmçinin, bu il “Daily News: Caspian Oil & Gas” rəsmi qəzetinin birdən-birə üç buraxılışı çap olunacaq və növbəti dəfə öz maraqlı reportajları ilə iştirakçı və ziyarətçiləri sevindirəcəkdir. “Daily News: Caspian Oil & Gas” rəsmi qəzetinin sponsoru“Azeri M-I Drilling Fluids” şirkətidir.



Beləliklə, sərgi və konfrans işgüzar əməkdaşlıq və peşəkar ünsiyyət üçün unikal imkanlar təklif edir. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən Azərbaycanda elan edilən “Sənaye ili”ndə sərgi və konfrans özü ilə zəngin məlumat, təcrübə və yeni texnologiyalar gətirməklə yanaşı, ölkə üçün ənənəvi sayılan sənaye növlərinin inkişafına da əlavə təkan verəcəkdir.


Teqlər:
Bu xəbər cəmi 870 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR