Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 4-5 iyun tarixində Qəbələdə keçiriləcək konfransda iştirak etməkdir.
Səfər zamanı nazirin bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət riskinin idarə olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nda quruma üzv olan digər ölkələrin, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.