Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskin olacağı gözlənilir. Günün ikinci yarısında isə havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.
Fevralın 28-də havanın dəyişkən bululu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağma ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq. Havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 27-də, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə çiskinli yağış yağacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 8-13 isti, dağlarda gecə 2-7 dərəcə şaxta 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Fevralın 28-də rayonlarda, əsasən, gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Ötən günlə müqayisədə fevralın 28-də havanın temperaturunda mühüm fərq olmayacaq.