İyunun 1-dən Rusiya rublu Krımda və Sevastopolda vahid rəsmi valyuta olub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Krımın “iqtisadi inkişaf nazirliyinin” saytında dərc olunmuş saytında bildirilir. Ukrayna qrivnası isə, öz növbəsində, xarici valyuta statusu alıb. Məlumata görə, iyunun 1-dən qrivnanın rubl ilə mübadiləsi Krımda fəaliyyət göstərən kredit təşkilatlarının müəyyən etdikləri məzənnə üzrə həyata keçiriləcək.
Ötən gün dükanlarda qiymətlər yalnız rublla qeyd olunmağa başlayıb, ictimai nəqliyyatda da ödənişlər artıq yalnız Rusiya rublu ilə həyata keçirilib. Yeni tariflər ötən gün yerli hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilib.
Həmçinin Krımda əmək haqları, təqaüdlər, sosial müavinətlər, vergi və mənzil-kommunal ödəmələri üzrə hesablaşmalar bundan sonra yalnız rublla həyata keçiriləcək.