Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Taksim yenidən qan gölünə döndü

Taksim yenidən qan gölünə döndü
Türkiyənin İstanbul, Ankara, Adana və bir neçə şəhərlərində polis və etirazçılar arasında toqquşmalar olub.


Etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar təşkil olunub. İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb. Etirazçılar polis əməkdaşlarına daş, fişəng və "Molotov kokteyli" atıblar. “Anadolu” xəbər agentliyinin məlumatına görə, İstanbuldakı iğtişaşlar zamanı ümümilikdə 120-dək etirazçı saxlanılıb, aksiya iştirakçıları arasında xeyli xəsarət alanların olduğu bildirilir. İstanbul Baş Polis İdarəsinin rəisi Selami Altınokun açıqlamasında əsasən, toqquşmalar zamanı biri polis rəisinin müavini olmaqla 4 asayiş keşikçisi xəsarət alıb.



Məlumata görə, İzmirdə polis və aksiya iştirakçıları arasında qarşıdurma zamanı 65 etirazçı, paytaxt Ankarada isə 45 etirazçı saxlanılıb. "Hürriyyet" qəzetinin məlumatına görə, Ankarada 1500-dək etirazçı şəhərin mərkəzinə doğru yürüş etməyə cəhd edib. Polis etirazçıları dağılışmağa çağırıb, lakin aksiya iştirakçıları yürüşü davam edərək asayiş keşikçilərinə daş və fişənglər atıblar. Polis, buna cavab olaraq, etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.



Bundan başqa, ötən ilki toqquşmalarda aksiya iştirakçısı Ethem Sarısülükün həlak olduğu ərazidə anım mitinqi və “Gəzi forum” keçirilib, müxalifət partiyalarından olan deputatlar və ictimai xadimlər çıxış edib. İki minədək insanın iştirak etdiyi aksiya zamanı insident baş verməyib.



Məlumata görə, 2013-cü ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyalar Türkiyənin bir çox şəhərlərində keçirilib. İzmirdə əllərində ötən ilki toqquşmalarda həlak olmuş şəxslərin və Somada kömür mədənində ölən fəhlələrin şəkillərini tutan etirazçılar şəhərin küçələri ilə yürüş keçiriblər.



Eskişeherdə 5000-dək etirazçı yürüş edərək keçən il iğtişaşlar zamanı həlak olmuş Əli Qorxmazım xatirəsini anıblar.



Aksiyalar həmçinin Kayseri, İzmit, Sivas, Dənizli və bir neçə digər şəhərlərdə də keçirilib. Bu aksiyalarda etirazçı və asayiş keşikçiləri ciddi qarşıdurma müşahidə olunmayıb.



Qeyd edək ki, baş nazir Rəcəb Tayip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.



Xatırladaq ki, Türkiyə hökuməti ötən ilin mayında Taksim meydanı yaxınlığında Gəzi parkında ağacları qıraraq yerində ticarət-əyləncə kompleksi ucaltmağa qərar vermişdi. Bu qərar ölkənin bir çox şəhərlərində kütləvi iğtişaşlara səbəb olmuşdu.


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR