Komanda üzvlərimizdən ən yüksək göstərici Maykl Şvayzerə məxsusdur – ilk mərhələdə 3-cü olan velosipedçi bu dəfə finiş xəttini 3 saat, 22 dəqiqə, 40 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 6-cı yeri tutub. Bu nəticə Şvayzerə yarışı yekun sıralanmada 5-ci pillədə bitirməyə imkan verib. O yürüş qalibindən 12 saniyə geri qalıb.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edib ki, bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.