Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Serverlər bazarı kiçilib

Serverlər bazarı kiçilib


Gartner analitik şirkətinin məlumatına görə, 2014-cü ilin birinci rübündə dünya serverlər bazarının həcmi 4,1 faiz azalaraq 11,4 milyard dollar olub. Digər analitik şirkət IDC-nin məlumatına əsasən, azalma 2,2 faiz – 10,9 milyard dollar təşkil edib. Analitiklər qeyd ediblər ki, dünya serverlər bazarının həcmində pul vahidində ardıcıl beşinci rübdür azalma müşahidə olunur.



Bununla belə, serverlərin tədarükündə artım qeydə alınıb. Gartnerə görə, artım 1,4 faiz – 2,4 milyon ədəd, IDC-yə görə, 2,1 faiz – 2,1 milyon sistem təşkil edib.



Bütün seqmentlərdən yalnız x86 arxitekturalı serverlər seqmenti nümayiş etdirib. Bu seqmentdə ardıcıl dördüncü rübdür artım qeydə alınır.



Gartnerin məlumatına görə, cari ilin birinci rübündə x86 arxitekturalı serverlərin satışı pul vahidində 2,8 faiz, say vahidində 1,7 faiz artıb. RISC/Itanium bazalı Unix serverlərinin satışı pul vahidində 16,9 faiz, say vahidində 19,9 faiz aşağı düşüb. Digər arxitekturalı serverlərin satışında pul vahidində 37,6 faizlik azalma qeydə alınıb.



Hesabat dövründə Avropa, Yaxın Şərq, Afrika regionuna (EMEA) serverlərin tədarükü 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6,1 faiz azalaraq 547,9 min ədəd təşkil edib. Bununla belə, son on bir rübdə bazar pul vahidində müsbət dinamika nümayiş etdirib: satış 2,5 faiz artaraq 3 milyard dollara çatıb.

Hewlett-Packard (HP) dünya serverlər bazarında mədaxil və tədarük həcminə görə liderliyini qoruyub. Cari ilin birinci rübündə şirkətin payı 25,5 faiz, say vahidində 22,6 faiz olub. HP EMEA regionunda da birinci yerdədir.



Gartner vurğulayır ki, IBM şirkəti dünya serverlər bazarında pul vahidində ikinci, tədarük edilən sistem sayına görə üçüncü yeri tutur. Dell şirkəti mədaxilə görə üçüncü, tədarük həcminə görə ikinci yerdə qərarlaşıb.


Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR