Azərbaycan Dövlət Pantomima Teatrının iyun repertuarı maraqlı tamaşalarla zəngindir. İyunun 1-də N.Qəribovanın “Adsız”, ayın 7-də “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Dəli Domrul”, 8-də isə B.Əhmədlinin “Ora – bura” tamaşaları göstəriləcəkdir.
Teatrın kollektivi iyunun 14-də N.Qəribova və C.Dadaşovun “Katarsis”, ayın 15-də gündüz uşaqlar üçün A.Şaiqin “Tıq-Tıq”, axşam isə C.Dadaşovun “Mən və Mən” tamaşalarını təqdim edəcəkdir.
Pantomima teatrının həvəskarları iyunun 21-də B.Əhmədlinin “Ora – bura”, ayın 22-də gündüz seansında uşaqlar üçün A.Ekzüperinin “Balaca şahzadə”, axşam isə N.Qəribovanın “Adsız” tamaşalarına baxa bilərlər.
İyunun 28-də B.Əhmədlinin “Ora – bura”, 29-da S.Hacıyevanın “Dejavü” tamaşaları göstəriləcəkdir.