Onun sözlərinə görə, döyüşçü robotların hazırlanması üzrə işçi qrupunun rəhbəri Hərbi-Sənaye Komissyasının üzvü Oleq Martyanovdur.
Xatırladaq ki, hələ 2013-cü ildə Rusiya Federasiyasının baş nazirinin müavini Dmitriy Roqozin hərbi robot texnikası laboratoriyasının yaradılacağını demişdi. Nazir müavini, həmçinin insanı əvəz edə biləcək androidlərin də yaradılacağını xəbər vermişdi.
Güman olunur ki, sözügedən robotlar ilkin mərhələdə avtomobil idarə edə, minaları zərərsizləşdirə, tibbi yardım göstərə və silahdan istifadə edə biləcəklər. Daha da inkişaf etdirilmiş robotlar hərbi hissələrə paylanılacaq.
Robotlar 2015-ci ildə sınaqdan keçiriləcək.