Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, tərəvəzçilik, çörək və çiyələk sahələrinin inkişafına yönəldiləcək.
Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2042 sahibkara 96,9 milyon manat güzəştli kredit verilib.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 4800-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.
O qeyd edib ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1552 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı müəssisələrinin, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. 8500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.