Xatırladaq ki, 2 mərhələli yarışda komandamız 7 velosipedçi ilə təmsil olunur.
Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, paytaxt Tallindən Tartuya qədər olan 190 km məsafəni komanda üzvlərimizdən ən tez Maykl Şvayzer və Maksim Averin başa vurublar - onlar mərhələ qalibindən 1 saniyə geri qalmaqla müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər.
Sabah keçiriləcək ikinci mərhələdə iştirakçılar 150 km məsafə qət etməlidirlər.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edir ki, bunlardan 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.