Bu gün Yevlaxda keçirilən “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” adlı növbəti regional təqdimatda Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Təqdimat mərasimində çıxış edənlər ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətindən bəhs edərək bildirib ki, ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və bu, məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsinə, şəffaflaşdırılmasına xidmət edir. Çoxsaylı pensiyaçı, sığortaolunan və sığortaedənlərə müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində DSMF öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Regional təqdimat mərasimində iştirakçıların DSMF-nin elektron xidmətləri ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə olunub.