Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Çirkab suların qarşısı alınacaq

Çirkab suların qarşısı alınacaq
Xəzər dənizinə təmizlənmədən axıdılan çirkab suların qarşısı alınacaq


"Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədi ilə genişmiqyaslı layihələr həyata keçirir. Yarımadanın bütün yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin yaradılması, tullantı sularının optimal idarə edilməsi və onların su hövzələrinə axıdılmasının qarşısını almaqla çirkab suların özüaxımlı rejimdə təmizləyici qurğulara yönləndirilməsi layihələrdə əsas hədəf kimi müəyyənləşdirilib.



Abşeron yarımadasında relyefinin mürəkkəbliyi, ərazilərin sıx məskunlaşması kimi amillər nəzərə alınaraq kanalizasiya infrastrukturunun yenidən qurulması və inkişafı layihələrində tunel tipli kanalizasiya kollektorlarının tikintisinə zərurət yaranıb. 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün hazırlanmış Master Planda tunel tipli kanalizasiya kollektorlarının tikintisi də əksini tapıb.



Master Plana əsasən, yarımada ərazisində formalaşan tullantı sularının nəql olunması məqsədi ilə 150 km uzunluğunda tunellər və mikrotunellər layihələndirilib. Dərnəgül-Bakıxanov-Günəşli (1254 min nəfərə xidmət edəcək), Bayıl-Bibiheybət-Lökbatan (382 min nəfərə xidmət edəcək), Xocasən-Xırdalan-Biləcəri (626 min nəfərə xidmət edəcək) və Zabrat-Kürdəxanı-Pirşağı (219 min nəfərə xidmət edəcək) tunellərinin inşasına artıq başlanılıb.İndiyə qədər Dərnəgül-Bakıxanov-Günəşli istiqamətində tunelin 4 nöqtədə 3400 metrlik hissəsi inşa olunub. Xocasən-Binəqədi-Xırdalan istiqamətində isə 3 nöqtədə 1500 metr tunel qazılmışdır. Zabrat-Kürdəxanı-Pirşağı istiqamətində 2 nöqtədə indiyədək tikilmiş tunelin uzunluğu 1600 metr təşkil edir. Eyni zamanda, Bayıl-Bibiheybət-Lökbatan istiqamətində 2 nöqtədə 400 metrdən artıq tunel tikilmiş və işlərin sürətləndirilməsi üçün yeni quyu şaxtalarının qazılması davam etdirilir. Kollektorların tikintisi yeni texnologiyaya əsaslanan TBM tunel qazma qurğuları vasitəsi ilə həyata keçirilir.



Qazıntı işləri ilə eyni vaxtda yüksək keyfiyyətli betondan hazırlanmış konstruksiyalarla (plitələrlə) tunelin tikintisi həyata keçirilir. Ənənəvi qazma üsulları ilə müqayisədə tunel qazma texnologiyası zamanı marşrut boyunca yerləşən yerüstü bina və tikililərin, kommunikasiya xətlərinin köçürülməsinə, böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır. Tunel tipli kanalizasiya kollektorları əksər hallarda tullantı sularının özüaxımlı rejimdə nəqlinə imkan yaratdığından kanalizasiya nasos stansiyalarından istifadə olunmur. Belə layihələr tullantı və yağış sularının idarəedilməsini xeyli asanlaşdırır. Belə ki, hazırda Bakı şəhərinin şimal hissəsi, Xırdalan şəhəri və ətraf qəsəbələrdə yaranan tullantı sularının böyük bir hissəsi Hövsan Aerasiya Stansiyasına ötürülür. Bu zaman tullantı suları bir neçə mərhələdə qaldırıcı nasoslar vasitəsi ötürülür ki, bu da xərcləri artırmaqla istismar zamanı əlavə çətinliklər yaradır. Tikintisi davam edən Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan kollektorları və Lökbatan təmizləyici qurğuları istismara veriləndən sonra Səbail, Yasamal, Qaradağ, Binəqədi və Abşeron rayonlarında yaranan tullantı sularının bir hissəsi burada təmizlənərək kənarlaşdırılacaq.



Master Planda tullantı suların müasir standartlara uyğun təmizlənərək kənarlaşdırılması məqsədi ilə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd təmizləyici qurğunun layihəsi də hazırlanıb. Lökbatan təmizləyici qurğusunun inşasına başlanılmış, Pirşağı təmizləyici qurğusunun tikintisinə isə hazırlıq görülür. Master Planda nəzərdə tutulan bu layihələrin reallaşması ilə Xəzər dənizinə təmizlənmədən axıdılan çirkab suların qarşısı tam alınacaqdır.


Teqlər:
Bu xəbər cəmi 1510 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR