Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gənc peşəkarlar üçün müsabiqə elanı

Gənc peşəkarlar üçün müsabiqə elanı


Beynəlxalq Standartlaşdırma Təşkilatının Katibliyi (ISO) Almaniya Standartlaşdırma İnstitutunun (DIN) maliyyə dəstəyi ilə inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdəki gənc peşəkarlar üçün müsabiqə elan edir.



 Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, müsabiqənin məqsədi inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdəki gənc peşəkarların beynəlxalq standartlaşdırmada iştirak etmələrini həvəsləndirməkdən, təhlükəsiz və davamlı iqtisadi inkişafı təşviq etmək üçün standartların əhəmiyyəti barədə məlumatlılığı artırmaqdan ibarətdir.Müsabiqədə iştirak etmək üçün iştirakçılar “Davamlı enerjinin gələcəyi-təhdidin aradan qaldırılmasına standartlar necə kömək edir?” mövzusunda inşa və 2 dəqiqəlik video hazırlamalıdırlar. İnşanın həcmi 3000 sözdən (şəkillər, cədvəllər, diaqramlar daxil olmaqla) artıq olmamaq şərti ilə ingilis dilində yazılmalı və aşağıdakı məlumatlar ilə müşayiət olunmalıdır: ad, soyad, doğum tarixi, ünvan, ölkə, elektron poçt ünvanı, işlədiyi təşkilat və vəzifəsi. Qeyd edək ki, hər bir iştirakçı müsabiqəyə yalnız 1 inşa təqdim edə bilər və həm müəllifli inşalar müsabiqəyə qəbul edilmir. İnşalar cari ilin iyun ayının 27-nə qədər elektron formada [email protected] elektron poçt ünvanına göndərilməlidir.



Müsabiqənin qalibi cari ilin 10 sentyabr tarixində Beynəlxalq Standartlaşdırma Təşkilatının Braziliyada keçiriləcək Baş Assambleyasında elan olunacaq. Qalib bütün xərcləri ödənilməklə 1 həftəlik Berlin şəhərinə dəvət olunacaq və burada həmin şəxsə təlim keçiləcək, Almaniya Standartlar İnstitutu tərəfindən həyata keçirilən standartlar ilə bağlı müxtəlif idarəetmə fəaliyyətləri nümayiş olunacaqdır. Bundan başqa qalibin Beynəlxalq Standartlaşdırma Təşkilatının Cenevrə şəhərində yerləşən katibliyinə səfəri təşkil olunacaq.



Qeyd edək ki, ərizəçilər nəşr edilmə hüquqlarını Beynəlxalq Standartlaşdırma Təşkilatına verirlər. Qalib elan edilən inşa Beynəlxalq Standartlaşdırma Təşkilatının rəsmi internet səhifəsində yerləşdirilə, eyni zamanda həmin inşanın xülasəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının jurnalında çap oluna bilər.


Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR