Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropa Şəhərciyi İçəri Şəhərdə

Avropa Şəhərciyi İçəri Şəhərdə
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin Səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə tərəfdaşlıqda İçəri şəhərdə 31 may 2014-cü il tarixində Avropa Şəhərciyinin keçiriləcəyini elan edir.


Bir çox fəaliyyət növləri, ifalar və uşaqlar üçün keçiriləcək tədbirləri ilə Avropa Şəhərciyi bir ailənin Avropa İttifaqı və ona üzv dövlətlərlə, eləcə də onların Azərbaycandakı fəaliyyəti ilə daha yaxından tanış olması üçün ona verilən gözəl və maraqlı bir fürsətdir.



Avropa Şəhərciyi İçəri Şəhərdə 31 may tarixində saat 11.00-dən saat 22.00-dək açıq olacaq. Saat 11:00-dən 19:00-dək Aİ və ona üzv olan 18 ölkə öz stendində ölkə və Azərbaycandakı fəaliyyət barədə təqdimat edəcək. Gün ərzində feys-art, mükafatlı viktorinalar, karaoke keçiriləcək, Avropa mətbəxi, musiqi və teatr ifaları, o cümlədən Avstriyadan Irrwisch küçə teatr qrupu, Latviya folklor mahnıları ruhunda Muğam ifaları nümayiş etdiriləcək.



Axşam proqramı saat 19:00-dan 22:00-dək Avropa ifaçılarının konsertindən, o cümlədən Hollandiyadan olan Eurovision Musiqi Müsabiqəsinin finalisti Joan Franka, klassik musiqini müasir və maraqlı tərzi ilə ifadə edən Xorvatiyalı violoncellist Ana Rucner və bütün Avropa boyu mükafatlar almış pop-rok ifaçıları Estoniyanın "Traffic" qrupundan ibarət olacaq.



Tədbirin rəsmi açılış mərasimi Aİ-nın Səfiri Malena Mard və Aİ-na Üzv Dövlətlərin digər Səfirlərinin iştirakı ilə saat 11.30-da başlayacaq


Teqlər:
Bu xəbər cəmi 1905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR