Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vətəndaşlıq haqqında qanun dəyişdi

Vətəndaşlıq haqqında qanun dəyişdi
Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.


Milli Məclisdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanunun 12-ci maddəsinin adı və məzmunu dəyişdirilib. Maddənin hazırkı variantına görə, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı sayılmır. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

Eyni zamanda qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.

Ə. Hüseynli qanun layihəsinin komitədə diskussiyalara səbəb olduğunu bildirib: “Əminəm ki, Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız bundan sonra vətəndaşlıq məsələsində Azərbaycan hakimiyyət orqanların xəbərdar edəcəklər. Bu insanlarımızın həmin ölkələrdə bizneslə, diaspor fəaliyyəti ilə məşğul olması təqdirediləndir. Məqsəd yalnız həmin ölkənin vətəndaşlığını qəbul edərkən bu barədə Azərbaycan hakimiyyət orqanlarını məlumatlandırmaları sahəsində məsuliyyəti artırmaqdır”.

Ə. Hüseynli qeyd edib ki, ölkənin sosial-iqtisadi inkişafı miqrasiya və vətəndaşlıq məsələlərinin hüquqi mexanizminin yaradılması zərurətini ortaya çıxarıb. Onun sözlərinə görə, hazırkı qanunvericilik bazası bu məsələləri tənzimləyə bilmir: “Konstitusiyada aydın şəkildə yazılıb ki, heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Bu, inkişaf etmiş ölkələrdə də var. Amma həmin ölkələrin qanunvericiliyində vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi də aydın şəkildə göstərilib, müəyyən hallarda vətəndaşlığın itirilməsi qanunla tənzimlənir. Azərbaycan qanunvericiliyində isə bu, yoxdur. Ona görə də söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedir. Əlavə və dəyişikliklər vətəndaşlığın itirilməsi mexanizmini tənzimləyir”. 

Ə. Hüseynli vurğulayıb ki, qanun geriyə qüvvəsi yoxdur: “Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, indiyə qədər xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil olunmur. Qanunun 10-cu maddəsinin birinci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin birinci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur”.

Millət vəkili Fazil Mustafa deyib ki, burada söhbət şəxsin özünü Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlıdır: “Hüquqi boşluq yaranmaması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməlidir, çünki Konstitusiyaya görə heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz”.

F. Mustafa müəyyən hallarda ali savadlı şəxslərin başqa ölkələrin Silahlı Qüvvələrində çalışmasının vətəndaşlıqdan məhrumetməyə əsas olması barədə müddəa ilə razılaşmayıb: “Əgər vətəndaşımız Türkiyə Silahlı Qüvvələrində alim kimi çalışırsa, niyə o, vətəndaşlıqdan məhrum edilməlidir? Həm də doğum haqqında şəhadətnamə məsələsinin vətəndaşlıqla bağlı oradan çıxarılması düzgün deyil”.

Millət vəkili Sabir Rüstəmxanlı bu dəyişikliklərin ailələrin dağılmasına rəvac verəcəyini vurğulayıb: “Bir çox ölkələrin qanunvericiliyində doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlər sırasında göstərilir. Bu şəhadətnamə Azərbaycanda doğulan şəxslərin vətəndaşlığı ilə bağlı məsələləri qəlizləşdirəcək. İndiyə qədər doğum haqqında şəhadətnamə vətəndaşlığı göstərən sənəd kimi qəbul olunurdu. İndi dövlət orqanları başqa sənədlər istəyəcəklər, əlavə problemlər yaranacaq”.

Sədr Oqtay Əsədov deyib ki, heç kim vətəndaşlıqdan azad edilmir, söhbət başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərdən gedir: “Söhbət yalnız hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Əgər o şəxs başqa ölkənin ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə öhdəlik götürür”.  

YAP icra katibinin müavini Mübariz Qurbanlı məsələyə etirazları başa düşmədiyini bildirib: “Bu insanlar başqa ölkələrin ordusunda, dövlət qurumlarında çalışırsa, üzərinə öhdəliklər götürür. Deməli, sabah bizim üzərimizə də gələ bilərlər. Məgər bu qanunun niyə qəbul edildiyini bilmirsiz? Biz vətənimizin qiymətini bildiyimiz kimi, vətəndaşlığımızın da qiymətini bilməliyik. Bizim ölkədə də vətəndaşlığı qəbul etmək istəyən əcnəbilər var. Azərbaycan gücləndikcə bizim pasportumuzun, vətəndaşlığımızın da əhəmiyyəti artır. Vətəndaşımız da bilməlidir ki, Azərbaycan vətəndaşlığını kənara qoyub, başqa ölkənin vətəndaşlığını qəbul edəndə çox şey itirə bilər. Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda, həm kənarda otursunlar. Şəxs başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını itirir. Biz sadəcə, bu qanunla özümüzü qorumağa çalışırıq. Dövlət özünü qorumayıb, nə etməlidir? Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu, bizə problem yaratsın? Bu qanun diaspora fəaliyyətinə mane olmayacaq. Elm sahəsində mütəxəssis kimi xarici ölkələrə gedənlər müqavilə əsasında Azərbaycan vətəndaşı kimi çalışacaq. Bu, biznes fəaliyyətinə də təsir göstərməyəcək. Biz bu dəyişiklərlə vətəndaşlığımızın əhəmiyyətini artırırıq”.

Ə. Hüseynli deputatların suallarına cavab olaraq bir daha nəzərə çatdırıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşlığın itirilməsi mexanizmi olmayıb: “Buna görə Konstitusiya Məhkəməsinə müraciət etməyə də ehtiyac yoxdur. Çünki söhbət vətəndaşlıqdan məhrum edilməkdən yox, könüllü vətəndaşlığın itirilməsindən gedir. Şəxs könüllü başqa ölkənin ordusunda, seçkili orqanlarda iştirak edirsə, bu, könüllü vətəndaşlıqdan imtinadır. İtaliya, İspaniya və digər ölkələrdə də bu mexanizm var”. 

Ə. Hüseynli qeyd edib ki, qanuna əlavə və dəyişikliklərdə məqsəd vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdir: “Atılan bu addımlar Konstitusiyaya uyğundur”. 



Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Teqlər:
Bu xəbər cəmi 1790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR