Bakıda Türkiyənin ən böyük startup tədbirlərindən olan “Etohum”un Bakı toplantısı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, mayın 30-da başlayan toplantı iyunun 1-dək davam edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas məqsədi Türkiyənin tanınmış şirkətləri ilə internet sahibkarlığı sahəsində təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbirdə ABŞ-ın “Hazelcast”, Türkiyənin “212 Vençur Kapitalı”, “Sporx” ,“Monitera” şirkətlərinin nümayəndələrinin məruzələri dinləniləcək.
Qeyd edək ki, “Etohum” qurulduğu gündən ötən 6 ildə 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-dək layihəyə dəstək verib.
Bu layihələr arasında Türkiyənin “Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi qabaqcıl internet şirkətləri də var.