Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün Su çərşənbəsidir

Bu gün Su çərşənbəsidir


Bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbədir.Məlumata görə, tarixən xalqın müşahidələrinə əsasən, qış fəsli üç çilləyə ayrılır. Böyük çillə, kiçik çillə və boz ay. Böyük çillə 40, kiçik çillə 20, boz ay isə 30 gün çəkir. Boz ay - Azərbaycanda xalqın keçmiş adət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilmiş addır. Boz aya "yazın qırxlı çağı" da deyilir. Bu ayda hava gah günəşli, gah yağıntılı keçir. "Çoban aldatdı" yağışı da bu ayda çox görünür. Xalq arasında ağlayan-güləyən, alaçarpo ayı kimi tanınan boz ayın dörd çərşənbəsi var. Bunlar su, od, yel və torpaq çərşənbələridir. Sonuncu, həm də "ilaxır çərşənbə" adlanır.



Novruz bayramından 4 həftə öncə xalqımız bu çərşənbələri xüsusi təntənə ilə qeyd edir. İnanclara görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.



Su çərşənbəsi boz ayın ilk çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr rəvayətlər var. Bu günlər ərəfəsində hamı ev-eşiyini səliqəyə salar, təmizlik işləri həyata keçirər.



Qeyd edək ki, bu il su çərşənbəsi 26 fevral Xocalı soyqırımı ilə eyni günə təsadüf etdiyi üçün qeyd olunmur.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR