Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" mayın 30-31-də Estoniyada keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı 2 mərhələli yarışında komandamız 7 velosipedçi ilə təmsil olunacaq.
Heyətə Kristof Şvayzer, Konnor McConvey, Daniel Klemme, Lük Deyvison, Maksim Averin, Metyu Bremmier və Maykl Şvayzer daxil edilib. Bir neçə gün öncə İrlandiyada keçirilən "An Post Ras" veloyürüşündə uğurlu çıxışla yadda qalan "Synergy Baku" "Tour of Estonia"da da qələbəyə iddialıdır.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edəcək ki, bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.