"Şimal-şərq və şimal-qərb istiqamətində Afrika qitəsi bir qədər hərəkətə gələrək, İran mikro-plitəsinə təsir göstərir. Bu da nəticədə Xəzər və Anadolu tərəfə təsir göstərir. Onların nəticəsidir ki, bu gün Türkiyədə zəlzələlər bir qədər sürətlənib. Azərbaycanda isə hələlik sakitlikdir”. SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə son günlər Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsirindən danışarkən deyib.
AMEA-nın prezidenti A.Əlizadə onu qeyd edib ki, ölkədə geofiziki tədqiqatlar bu gün geodezik tədqiqatların təmasda aparılması nəticəsində imkanlar bir qədər də genişlənir: "Geodeziya GPRS-lərin, stansiyaların Bakıda geniş miqyasda qurulması, Türkiyədə, Rusiyada olması, qonşu ölkələrdə yayılması qarşılıqlı tədqiqat aparmağa, yenilikləri tədqiq etməyə imkan verir. Bunlar isə öz növbəsində yer səthinin horizontal hərəkətlərinin öyrənilməsinə gətirib çıxarır".