Kommersiya iaşə müəssisələri, göstərdiyi xidmətin səviyyəsinə, aşpazların, süfrəçilərin ixtisas dərəcələrinə, tərtibatına, əlavə xidmətlərə, avadanlıqlarına qab-qacağa və s. amillərə görə ulduz yaxud dərəcə sistemi ilə dəyərləndiriləcək.
“Kulinariya haqqında qanunda” qanunda kütləvi iaşədə çalışan bütün peşəkar işçilər (aşpaz, qənnadıçı, çörəkçi, süfrəçi, barmen, administrator və s.) müvafiq baza təhsili alacaqlar. Hətta xaricdən ölkəmizə gəlib respublika iaşə müəssisələrində çalışan işçilərin, müvafiq peşəkar təşkilatdan təhsilinin uyğunluq sertifikatı olmadan işləmək hüququ olmayacaq. Bundan başqa qanuna görə, sosial iaşə müəssisələrində çalışan peşə işçiləri (direktor, müdir, aşpaz, qənnadıçı, çörəkçi və bu kimi) baza peşə təhsilindən əlavə xidmət etdikləri sosial qrupun iaşəsi ilə bağlı peşəkar təşkilat tərəfindən təşkil olunmuş əlavə təhsil də alacaqlar.
“Kulinariya haqqında qanunda” qanunda məktəb iaşəsi üçün də müddəalar nəzərdə tutulub. Belə ki, qanunla məktəbli iaşəsi üçün hər bir uşağa hər gün bir bardaq (200 ml) süd verilməsi təmin olunacaq.
Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.
Məlumat üçün bildirək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmalı olan bu qanun layihəsinin müəllifi Mədəniyyət Komitəsinin üzvü Leyla Abdullayevadır.