Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FHN Avropa oyunları ilə bağlı iclas keçirib

FHN Avropa oyunları ilə bağlı iclas keçirib


Fövqəladə Hallar Nazirliyi (FHN) I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar yaradılmış İşçi Qrupun iclası keçirilib. FHN Dövlət Yanğın Nəzarəti Xidmətindən (DYNX) verilən məlumata görə, İşçi Qrupun rəhbəri, FHN-in DYNX rəis müavini, daxili xidmət polkovniki Arzu Əliyevin sədrliyi ilə keçirilən iclasda 2015-ci ildə Bakı şəhərində I Avropa Yay Oyunlarının keçirilməsi ilə əlaqədar tikilməkdə olan və ya hazırda istismar edilən mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması işinin təşkili və bu sahədə digər mümkün problemlərin operativ həlli ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.



İclasda müvafiq qurumlara mehmanxana, hotellər, muzeylər, istirahət və əyləncə, idman-sağlamlıq obyektləri və turistlərin ziyarət edəcəyi güman edilən digər mədəniyyət və turizm obyektlərində qanuna müvafiq qaydada yanğın-texniki müayinələr keçirilməsi, yanğın-texniki müayinələr zamanı yanğından mühafizə sistemlərinin təftiş edilməsi, işçi heyətin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, baş verə biləcək yanğın zamanı insanların təxliyə olunması qaydalarının öyrədilməsi və müvafiq təlimlərin keçirilməsi, həmçinin ehtiyat çıxış yollarının və su təchizatının daim işlək vəziyyətdə olmasının təmin edilməsi tapşırılıb.



İşçi qrupun iclasında mehmanxana və hotellərdə, ictimai iaşə müəssisələrində ərazilərin saxlanması, elektrik qurğuları, şəbəkələr və işıqlandırıcılar, yanğınsöndürmə vasitələri, isitmə və havadəyişmə sistemi, kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları və digər otaqlarla bağlı yanğın təhlükəsizliyi tədbirləri, yanğın baş verən zaman insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın zamanı hərəkətlər geniş müzakirə obyekti olub və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.



2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə FHN tərəfindən yaradılmış İşçi Qrupun iclasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə həmin qrupda nümayəndələrinin də təmsil olunduğu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçiriləcək tədbirlər də müzakirə edilib.


Teqlər:
Bu xəbər cəmi 1870 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR