Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Türkiyədə kitab sərgisində Azərbaycandan danışılıb

Türkiyədə kitab sərgisində Azərbaycandan danışılıb


Türkiyənin Kocaeli Bələdiyyəsinin ənənəvi olaraq hər il təşkil etdiyi kitab sərgisində bu dəfə Türkiyə-Azərbaycan münasibətlərindən danışılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, ölkənin ən böyük kitab sərgisinin açılışında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri, jurnalist və yazıçı Bilal Dündar iki ölkənin münasibətləri və Azərbaycan torpaqlarının 20 faizinin işğalı altında olması barədə auditoriyaya məlumat verib. Bilal Dündar həmçinin deyib ki, Azərbaycan torpaqlarını geri qaytarmaq hər iki millətin qürur məsələsidir.



Qondarma erməni soyqırımı məsələsinin 1963-64-cü illərdə gündəmə gəlməsinə diqqət çəkən Bilal Dündar bildirib ki, 1915-ci ildə fransızlar tərəfindən silahlandırılaraq uniforma verilən, şərqdə isə “böyük Ermənistan” xəyalları ilə Rusiya tərəfindən silahlandırılan ermənilər kəndlərə hücum edərək təkcə Qars, Ağrı və Ərzurumda 110 min insanı qətlə yetiriblər.



Bilal Dündarın sözlərinə görə, 1915-ci ildə müharibə, çoğrafi şərtlər, epidemiya və xəstəliklər köçürülmələri zəruri edib: “Amma tarixdə erməni soyqırımı olmayıb. Soyqırım bir gecədə 613 insanın qətl edildiyi Xocalıda həyata keçirilib. Erməni tərəfdarları yüz il əvvəl baş verənlərə mədət umduqları halda, Azərbaycanda soyqırımı edənlərin əllərinin qanı hələ heç qurumayıb”.


Teqlər:
Bu xəbər cəmi 810 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR