Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbi və Leoben Montan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Ali Neft Məktəbi və Leoben Montan Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya və Sloveniyada səfərdə olub.


Avstriya Parlamentinin (Milli Şura) deputatı, Elm komitəsinin sədri Andreas Karlsbök ilə görüş keçirilib.



Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq sahəsində artıq bir sıra mühüm addımların atıldığı bildirilmiş, diplomların qarşılıqlı tanınması haqda müqavilənin imzalanması və uğurla həyata keçirilməsi məmnunluqla qeyd edilmiş və elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.



Rektor Elmar Qasımov səfərin əsas məqsədi barəsində məlumat vermiş, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə komitə sədrinə təşəkkürünü bildirib.



Bundan başqa komitə sədr Azərbaycana səfərə dəvət olunmuş, onun azərbaycanlı həmkarları – deputatlar və parlamentin Elm və təhsli komitəsinin rəhbərliyi ilə görüşmək və aparıcı təhsil ocaqları, o cümlədən BANM-nı ziyarət etməsi üçün Azərbaycana səfərə dəvət olunmuşdur.



Bununla bağlı Azərbaycan parlamentindən müvafiq dəvətnamənin göndəriləcəyi bildirilmişdir. Qeyd olunmuşdur ki, səfərin əsas məqsədi Leoben Montan (Dağ-Mədən) Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.



Komitə sədri iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin Avstriya üçün vacib olduğunu qeyd etmiş, bu sahələrin iki ölkə arasında körpü olacağını və bu sahədə daha çox uğurlu addımlar atılacağına inandığını qeyd edib.



Avstriyada Azərbaycana marağın artırılması üçün müvafiq addımların atılmasının vacibliyi diqqətə çatdırılmış, özü tərəfindən bu əməkdaşlığın gücləndirilməsi üçün bütün mümkün dəstəyin veriləcəyini ifadə etmiş və digər həmkarları ilə bu məsələ ilə bağlı danışacağını deyib.



Komitə sədri A.Karlsbök bu məsələdə BANM ilə Leoben Universiteti ilə əlaqələrin qurulması və habelə Avstriya parlamentində bu görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdiyinə və daim bu kimi layihələri dəstəklədiyinə görə ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinə təşəkkürünü bildirib.



Sonda nümayəndə heyəti üçün parlamentin mötəbər tarixi zalları ilə tanışlıq məqsədilə gəzinti təşkil olunub.



ARDNŞ-nin nümayəndə heyətinin Leoben Montana Universitetində universitetin rəhbərliyi, o cümlədən universitetin Ali Elm Şurasının üzvləri ilə görüş olub.



Öncə universitetin rektoru Vilfrid Ayxlseder qonaqları salamlamış və ali təhsil ocaqları arasında səmərəli əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirib.



Gün ərzində davam edən danışıqları birinci vitse-rektor, beynəlxalq əməkdaşlıq sahəsinə cavabdeh olan prof. Dr. Peter Mozerin rəhbərlik etdiyi professor heyəti aparmışdır. Prof. P. Mozer öz növbəsində qonaqları səmimiyyətlə salamlayaraq, rəhbərlik etdiyi universitet haqqında geniş məlumat vermişdir.



Qeyd edilib ki, 1840-cı ildə yaranmış bu ali təhsil ocağı nəinki Avropada, eyni zamanda bütün dünyada neft-qaz və dağ-mədən sənayesi üçün elm xadimləri və peşəkar kadrlar yetişdirən ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biridir. Bildirilmişdir ki, hazırda universitetdə 450 nəfəri əcnəbi olmaqla, ümumilikdə 75 ölkədən 3500-ə yaxın tələbə təhsil alır, professor və müəllim heyəti 756 nəfərdən ibarətdir və 100-ə yaxın universitetlə müxtəlif formalarda əməkdaşlıq əlaqələri qurulub.



Danışıqlarda BANM-ın qarşısında duran vəzifələr, onun yeni yaranmış təhsil ocağı olması, Azərbaycanda neft-qaz sənayesi üçün yeni nəsil ixtisaslaşmış peşəkar mütəxəssislərinin hazırlanması üçün ölkə rəhbərliyi və ARDNŞ rəhbərliyinin iradəsi ilə yaradılması qeyd edilib.



O cümlədən BANM-ın hazırkı fəaliyyəti və əldə olunmuş nailiyyətlər, eyni zamanda tələbatları və ehtiyacları haqqında geniş məlumat verilib.



Leoben Universitetinin aparıcı professorları, xüsusilə Qazma və neft-qaz mühəndisliyi departamentinin rəhbəri Qerhard Tonhauzer, Avtomatika departamentinin rəhbəri prof. Paul O`Leary və digərləri rəhbərlik etdikləri sahələr üzrə təqdimatlarla çıxış etmişlər. Görüşlər çərçivəsində güclü elmi fikir mübadiləsi aparılıb.



ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin Leoben Universiteti ilə il yarımdan artıq müddət ərzində apardığı yazışma və danışıqlar, habelə birbaşa BANM ilə universitet arasında qurduğu əlaqələrin və münasibətlərin uğurla aparılması və hazırkı danışıqların çox yüksək səviyyədə aparılması nəticəsində hər iki təhsil ocağı arasında Anlaşma Memorandumu imzalanıb.



Bu memorandumun əsasında əməkdaşlığın müvafiq formada qurulması üçün, xüsusilə tələbə mübadiləsi, BANM-ın müəllim və professor heyəti üçün təkmilləşmə kursları, tələbələrin yay tədris kurslarına cəlb olunması, əsasən də məzunlara ikili diplomların verilməsi, xüsusilə Avtomatik fakültəsinin Leoben Universiteti tərəfindən qurulması kimi mühüm fəaliyyəti təşkil etmək məqsədilə əsasında yaxın gələcəkdə əsaslı müqavilənin imzalanacağına dair ilkin razılaşma əldə olunub.



Qeyd olunmuşdur ki, Leoben Universitetinin 100-dək təhsil ocağı ilə əməkdaşlıq əlaqələri olmasına baxmayaraq, yalnız onadək təhsil müəssisəsi ilə ciddi elmi əməkdaşlıq edir və tələbə mübadiləsi həyata keçirir.



Yeni yaradılmış BANM-in tədrisi tam müasir və Avropa standartlarına uyğun qurmaq üçün ciddi niyyətini və tədris sistemini tamamilə qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırmağa maraqlı olmasını nəzərə alaraq, Leoben Universiteti tərəfindən yuxarıda qeyd olunmuş sahələrdə əməkdaşlığın qurulmasına və hətta gələcəkdə ikili diplomların verilməsi kimi həssas məsələyə razılıq verilib.



Görüşün sonunda rektor E.Qasımov və nümayəndəliyin başçısı G. Cavadov bu səmimi qəbula və faydalı fikir mübadiləsinə, eləcə də göstərilən dəstəyə görə Leoben Universitetinin rəhbərliyinə təşəkkür ediblər.



Görüşlərdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov və BANM-ın prorektorları prof. Ramiz Hümbətov və Rəşad Həsənov, habelə digər əməkdaşları iştirak edib.


Teqlər:
Bu xəbər cəmi 1600 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR