Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vüqar Əliyev: “Azərbaycanda Facebook istifadəçiləri 1,2 milyon nəfəri keçib”

Vüqar Əliyev: “Azərbaycanda Facebook istifadəçiləri 1,2 milyon nəfəri keçib”
Virtual informasiya məkanının genişlənməsi bir tərəfdən hər bir ölkə və xalq üçün öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradır.


Digər tərəfdən də milli informasiya mühitinin pozulmasına və nəticə etibarilə milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına, xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə və cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır.



Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev “Yeni media və yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.



V.Əliyev bildirib ki, qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlandı. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyən edildi. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradıldı, söz və məlumat azadlığı təmin edildi, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verildi. Nəticədə qısa zamanda respublikada azad informasiya mühiti formalaşdı. Müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdi”.



PA rəsmisi qeyd edib ki, hazırda bu inkişaf prosesi həm də qlobal şəbəkənin Azərbaycan seqmentini əhatə edir: “Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir. Bu gün ölkədə əhalinin artıq 70 faizinin internetə çıxışı mövcuddur, ölkədə yüzlərlə sayt və portal fəaliyyət göstərir. Sosial şəbəkələrdən istifadə edənlərin sayı 2 milyona çatıb və “Facebook” istifadəçiləri artıq 1,2 milyon nəfəri keçib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmilləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirib və onun hərtərəfli inkişafına xidmət edib”.



V.Əliyevin sözlərinə görə, bu gün reallıq ondan ibarətdir ki, internet mediası istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət aparır və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələyib: “Bu da faktdır ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediasında cəmləşib. Bu reallıq yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir”.



Sosial şəbəkələrin və vətəndaş jurnalistikasının nə dərəcədə etibarlı mühit olması və onun gələcəyi ilə bağlı məsələyə toxunan V. Əliyev bildirib ki, sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi bir məkandır: “Bununla biz hamımız razılaşmalıyıq, çünki “Facebook”da biz gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük.

Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların dublikatlarının yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir. “Facebook”, “Twitter”, “YouTube” və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərdir və həmin ölkələrin qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.



Bu hal bir daha təsdiq edir ki, virtual məkanda sosial şəbəkələrin fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələrin qanunvericiliyi beynəlxalq qanunvericilikdən və milli qanunvericilikdən daha üstün mövqeyə sahib olub. Bu məntiqsizlik nə ilə və necə izah oluna bilər? Hesab edirəm ki, işğalçı Ermənistanla münaqişə vəziyyətində olan və mühüm və həssas geosiyasi və geostrateji məkanda yerləşən, müxtəlif xarici qüvvələrin daim təsir göstərməyə imkan axtardığı bir ölkənin vətəndaşları olaraq biz bu suala düzgün cavab tapmalıyıq. Azərbaycanın dövlətçiliyi, milli maraqları bütün məsələlərin fövqündə duran başlıca şərtdir”.


Teqlər:
Bu xəbər cəmi 1700 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR