Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayinda havanin orta ayliq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı, gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasından az, dağlıq və dağətəyi ərazilərdə isə normaya yaxin olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəc isti təşkil edəcək.
Gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından (norma 9-12 mm) az olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 16-21 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından az (norma 21-35 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.
Gecələr 9-14 dərəcə isti təşkil edəcək. Gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-30 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31° isti, bəzi günlərdə 33-37° isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından az (norma 46-63 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 15-20 dərəcə isti təşkil edəcək. Gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34° isti gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından az (norma 12-49 mm) olacağı gözlənilir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəc isti təşkil edəcək. Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.