“Dünya palçıq vulkanlarının atlası artıq tərtib olunub. Azərbaycan, rus və ingilis dilində 3 dildə çap olunacaq atlasın nəşriyyata verilməsi üçün hazırlıq işləri aparılır”. Bu sözləri açıqlamasında AMEA Geologiya İnstitutunun vulkanizim şöbəsinin rəhbəri Adil Əliyev deyib.
Onun sözlərinjə görə, Azərbaycanın palçıq vulkanları atlası 2014-cü ilin sonu 2015-ci ilin əvvəlinə qədər elektron formatda dərc olunacaq. Atlasın İtaliyada çap olunması nəzərdə tutulur. Atlasda 42 ölkənin palçıq vulkanları haqqında məlumat veriləcək.
“Eyni zamanda Xəzər dənizi, Qara dəniz Aralıq dənizinin dərin zonalarında yerləşən sualtı palçıq vulkanları haqqında məlumat veriləcək. Atlasda tektonik və geoloji xəritələr, profillər, kosmik fotoşəkillər və s. öz əksini tapacaq”.
Adil Əliyev deyib ki, Azərbaycanın palçıq vulkanlarının atlası 1971-ci ildə çap olunub. Azərbaycan ərazisində yerləşən vulkanlar haqqında praktiki-nəzəri məlumatlar həmin atlasda əksini tapacaq. Palçıq vulkanlarının əmələ gəlməsi, onların paylanma qanununa uyğunluqları, vulkanların püskürmə zamanı yer səthinə çıxaracağı məhsulların tərkibi öyrəniləcək. Onların ekaturizm agentliyi kimi fəaliyyəti həmçinin vulkan palçığının müalicəvi əhəmiyyəti, vulkan fəaliyyətinin seysmik zonalarla əlaqəsi yeni atlasda əksini tapacaq.
Şərqi Azərbyacan və onunla həmsərhəd Xəzər dənizi cənub bölgəsində 350-dən çox vulkanlar yerləşir. Azərbaycanda palçıq vulıkanlarının müxtəlif növlərinə rast gəlinir. Həm aktiv fəaliyyətdə olan, həm sönmüş vulkanların eləcə də ada vulkanlarının bütün marfoloji xüsusiyyətlərinə rast gəlirik.
Aparılmış tətqiqatlar nəticəsində müəyyən olunub ki, palçıq vulkanları daha çox Abşeron, Qobustan və Şamaxıda ərazilrəini əhatə edir. O cümlədən cənub-şərqi Şirvan, Salyan, Ələt zonası vulıkanmənşəli zonalar kimi qeydə alınıb.