Bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızı Suriyada vurulması barədə məlumat yayılıb. Jurnalistə yaxın mənbə də bu faktı ANS PRESS-ə təsdiqləyib. İlkin məlumata görə,hadisə Hələb şəhərində baş verib. Jurnalist ayaqlarından yara alıb.
Qeyd edək ki, X.Hidəyətqızının yaralanması barədə ilk xəbəri "xeberdar" portalı yayıb.
Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verilişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı, bir neçə axtarışın sonucu ilə bağlı verilişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına "vurulduq" deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı "yaralandım" sözünü də işlədib.
Qeyd edək ki, mənbənin bildirdiyinə görə teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.