Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dünyanın gənc alimləri Bakıda toplanır

Dünyanın gənc alimləri Bakıda toplanır
Mayın 27-də saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi akt zalında Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" keçiriləcək.


 Forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir. 



Forumun keçirilməsində məqsəd müxtəlif ölkələrin elmi istiqamətlərinin nümayəndələri arasında əməkdaşlığın və partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, təcrübə və yeni ideyaların mübadiləsi üçün əlverişli şəraitin yaradılması, yeni əlaqələrin qurulmasıdır. Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunda iştirak ilə bağlı dünyanın 96 ölkəsindən 1100 ərizə daxil olub. Azərbaycandan isə 250-dən çox ərizə qəbul edilmişdir. Aparılan seçimin nəticələrinə əsasən Forumda ümumilikdə 400-ə yaxın gənc alim iştirak edəcək.



Qeyd edək ki, Forumda YUNESKO-nun Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin Təhsil Nazirinin müavini cənab Hao Ping, Çernoqoriya Elm və İncəsənət Akademiyasının prezidenti cənab Momir Curoviç, Barselonanın Elmlər Akademiyasının prezidenti cənab Xaima Qil Aluksa kimi rəsmi qonaqlar da iştirak edəcəklər.



Daha sonra iştirakçılar 3 paralel sessiyalarda xarici ölkələrdən dəvət olunmuş spikerlərin çıxışlarını dinləyəcəklər. Tədbirin proqramına əsasən növbəti gün, may ayının 28-də Forum öz işini elmin 5 əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə seksiyalarda müzakirələr ilə davam etdirəcək. Forumda müzakirələr aşağıdakı seksiyalarda aparılacaq:



• “Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi”



• “Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər”



• “Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma”



• “İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi"



• “Müasir dünyada sosial və humanitar elmlərin problemləri”



Forumun rəsmi bağlanış mərasimi may ayının 29-da Azərbaycan Milli Elmlər Akademiyasında baş tutacaqdır. Tədbirin Proqramı çərçivəsində qonaqların Bakının tarixi-memarlıq abidələri ilə tanışlığı, eləcə də Azərbaycanın regionlarına səfərləri nəzərdə tutulmuşdur.



Qeyd edək ki, Bakıda Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun keçirilməsi ilə bağlı ilk təklif 2013-cü ilin may ayında Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində keçirilmiş "Avropa məkanında yeni çağırışlar" Gənc Alimlərin Beynəlxalq Bakı Forumunda səsləndirilmişdir.



2013-cü ildə keçirilmiş forumda 350-dən çox gənc alim iştirak edib ki, onlardan 172 nəfəri 32 Avropa ölkəsindən qatılıb.


Teqlər:
Bu xəbər cəmi 985 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR