Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev türkmənistanlı naziri qəbul etdi

İlham Əliyev türkmənistanlı naziri qəbul etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.



Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu və bu gün müstəqil dövlətlər kimi ikitərəfli münasibətlərimizin fəal şəkildə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli əlaqələrin gələcək illərdə də inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün qarşılıqlı marağın olduğunu deyib.



Münasibətlərimizin hazırkı səviyyəsinin razılıq doğurduğunu bildirən Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı fəaliyyətinin regional əməkdaşlığın genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını qeyd edib.



Xarici işlər nazirlərinin yeni formatda keçiriləcək ilk görüşünün önəmini vurğulayan dövlətimizin başçısı görüşdə səmərəli müzakirələrin aparılacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev üçtərəfli formatda keçirilən bu cür tədbirlərin regional əməkdaşlıqla yanaşı, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.



Xarici işlər naziri Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Rəşid Meredov ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə genişləndirilməsinə böyük önəm verdiyini deyib. Azərbaycana səfərinin Respublika Günü ərəfəsinə təsadüf etdiyini vurğulayan nazir Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu əlamətdar bayram münasibətilə ən səmimi təbriklərinin, ölkəmizin və Azərbaycan xalqının həyatında mühüm rol oynayan bu böyük gün ilə əlaqədar ən xoş arzularının ifadə olunduğu məktubu Prezident İlham Əliyevə təqdim edib.



Dövlət başçısı Prezident Qurbanqulu Berdiməhəmmədovun təbrikinə və salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Teqlər:
Bu xəbər cəmi 1440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR