Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edib.Dəyişiklik “Azərbaycan Hava Yolları” (“AZAL”) QSC-yə işə qəbulun rəsmiləşdirilməsi ilə əlaqədardır.
İndiyədək personalla əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri, məsuliyyəti, personalın iş və istirahət vaxtı, attestasiya qaydası, əməyin mühafizəsi, sosial müdafiəsi ilə bağlı məsələlər aviasiya təhlükəsizliyi sahəsindəki xüsusiyyətlər nəzərə alınmaqla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənib. Dəyişikliyə əsasən bundan sonra personala əmək münasibətlərinin yaranması əmək müqaviləsi bağlanan gündən deyil, bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi gündən hesablanacaq. Əmək münasibətləri isə yenə də tərəflərin hüquqları, vəzifələri, məsuliyyəti, personalın iş və istirahət vaxtı, attestasiya qaydası, əməyin mühafizəsi, sosial müdafiəsi ilə bağlı məsələlər aviasiya təhlükəsizliyi sahəsindəki xüsusiyyətlər nəzərə alınmaqla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənəcək.