Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Ali Neft Məktəbində konfrans keçirilib

Bakı Ali Neft Məktəbində konfrans keçirilib
Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 3 bölmədən (“Neft-qaz və kimya mühəndisliyi”, Fizika və riyaziyyat”, İnformasiya və kommunikasiya texnologiyaları”) ibarət 2-ci tələbə elmi-texniki konfransı keçirilib.


Bu barədə Neft Məktəbindən məlumat verilib.



Konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 2-ci tələbə elmi-texniki konfransının Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib.



Tədbirdə iştirak edən ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin elm və təhsil problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu, bir neçə müasir tipli ali təhsil müəssisəsinin yaradıldığını, Azərbaycanın dünyanın elm və təhsil məkanına inteqrasiya yolunda inamlı addımlar atıldığını vurğulamış, gəncləri onlar üçün ölkədə yaradılmış imkanlardan maksimal dərəcədə faydalanmağa çağırıb.



AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov və AMEA-nın Geologiya İnstitunun “Neft-qaz hasilatı texnologiyası” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Zöhhak Abbasovtələbələri konfransın keçirilməsi münasibətilə təbrik etmiş, onların təhsillərinin ilkillərindən elmə göstərdikləri marağı yüksək qiymətləndirmiş, elmi dərindən mənimsəmələrini təqdirəlayiq hesab edib və konfransın işinə uğurlar arzulayıblar.



2-ci tələbə elmi-texniki konfransının Təşkilat Komitəsinin rəhbəri, Bakı Ali Neft Məktəbinin Ali təhsildən sonrakı təhsil şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva konfransın təşkili haqqındaqonaqlaraətraflı məlumat vermiş və gələcəkdə Azərbaycan elminin inkişafında böyük rol oynayacaq bu gənclərə öz işlərində müvəffəqiyyətlər arzulayıb.


Teqlər:
Bu xəbər cəmi 1605 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR