Cənubi Koreya şirkətinin planları ilə tanış mənbələrə istinadən The Wall Street Journal nəşri yazıb ki, Samsung şirkəti yayda smartfon funksionallığına malik ağıllı saat buraxacaq.
Qurğu zəngləri qəbul edir və smartfona qoşulmadan çağırış edir. Cihaz, həmçinin şəkilçəkmə, elektron poçtla iş funksiyalarına malik olacaq, GPS, Bluetooth və nəbz ötürücüsü ilə təchiz ediləcək.
2014-cü ilin birinci rübündə Strategy Analytics analitik şirkətinin məlumatına görə, ağıllı saat bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 250% artıb və 71% bazar payına sahib Samsung sözügedən bazarın lideridir.