Florida ştatının mühəndisləri smartfondan distansiyalı radioidarəetmə funksiyalı dünyanın ən sürətli robotu üçün vəsait toplanışına başlayıb. Mexanizm “OutRunner” adlanır və 32 km/saat sürətədək hərəkət edə bilir.
Alimlərin sözlərinə görə, “OutRunner” istənilən yer səthində - asfalt, torpaq, ot, çınqılda və s. hərəkət edə bilir. Robot, həmçinin təpələri və enişləri sərbəst şəkildə dəf edə bilir.
“OutRunner” Florida İnsan və Kompüter Koqnitiv Bacarıqları İnstitutunun bazasında “Robotics Unlimited” şirkəti tərəfindən hazırlanıb. SİA-nın xəbərinə görə, robot hər birinin üç ayağı olduğu iki disklə təchiz edilib. Disklər bir-birinin yerini dəyişərək bütün mexanizmin gücünün artmasını təmin edir. Bu zaman onun ağırlıq mərkəzi disklərin fırlanma oxunun aşağı hissəsində yerləşir ki, bu da mexanizmin möhkəmliyinə şərait yaradır.
“Robotics Unlimited” robotun xarici görünüşcə bir-birinə oxşar olan iki modelini təklif edir: "Core” və “Performance”. 16 km/saat sürətlə hərəkət edən “OutRunner Core” 1 saatlıq iş üçün batareyaya malikdir. “OutRunner Performance” saatda 32 km sürətlə hərəkət edir və 2 saat işləyə bilir. Bu model güclü elektrik mühərriki sayəsində sürəti iki dəfə tez yığır.
Bundan başqa, “OutRunner Performance” modeli “HD” formatlı kamera, “Wi-Fi”, akselerometr, giroskopa malikdir və istifadəçinin istəyinə uyğun 6, 8, 10 və ya 12 (dəstdə 12 ayaq olur) ayaqla təchiz edilir. “OutRunner Core”u xüsusi bərkidici ilə kamera ilə komplektləşdirmək mümkün olsa da, istifadəçi bunu özü etməlidir.
Bu modelin hündürlüyü 50 sm, çəkisi 1,4 kq təşkil edir. “OutRunner Performance” ondan 70 sm hündür və 2,3 kq ağırdır. “OutRunner Performance”ın daha bir üstünlüyü onun aparat və proqram təminatının yenilənməsinin dəstəklənməsindədir. “Robotics Unlimited” şirkəti 8 iyun 2014-cü ilədək layihə üçün 150 min dollar toplamaq niyyətindədir. Hazırda 44,4 min dollar məbləğində vəsait toplanıb.
Şirkət investorlara layihənin tədarükünü 2014-cü ilin iyulundan başlamağı planlaşdırır.