Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mübariz İbrahimov yenidən Türkiyə mediasında

Mübariz İbrahimov yenidən Türkiyə mediasında
Türkiyənin TRT1 kanalında yayımlanan məşhur “Sakarya Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən səhnə Türkiyə mediasında yenidən gündəmə gəlib. TRT AVAZ telekanalı qeyd edilən səhnə ilə bağlı reportaj hazırlayıb. Xəbərdə bildirilir ki, “Sakarya Fırat” serialında Milli Qəhrəmanı Mübariz İbrahimov haqda səhnəyə yer verilməsi Azərbaycanda da təpki ilə qarşılanıb.


Qeyd edək ki, “Sakarya Fırat” serialında əsgərlərdən biri digər əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır: “Şəhid düşdü. Amma şəhid düşənə qədər tam 45 düşmən əsgərini öldürdü. Cəsədinə belə işgəncə verdilər. Azərbaycanlılar şəhidin nəşini ancaq iki ay sonra ala bildilər. Hələ də əlləri bağlıydı. Adamın cəsədindən belə qorxmuşdular”.



Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmən əsgərlərini məhv edərək şəhid olub. Hərbçimizin meyidini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verdi.



Prezident İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.(ANS)


Teqlər:
Bu xəbər cəmi 2450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR