Miladi: 24 may 2014
Hicri: 25 Rəcəb 1435
İlin 144-ci günü
İlin sonuna 221 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 04:52
Günəş – 06:17
Zöhr – 13:41
Əsr – 18:16
Məğrib – 21:12
İşa – 22:52
1388 - Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Azərbaycanın böyük dövlətlərindən olan Qaraqoyunlu dövlətinin yarandığı elan edildi. Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil idi.
1543-cü ildə polşalı alim Nikolay Kopernik vəfat edib.
1920 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirilib.
1925-ci ildə azərbaycanlı kardioloq, ictimai xadim Cavad Heyət Təbrizdə anadan olub.
1946-cı ildə Türkiyənin sabiq baş naziri Tansu Çiller dünyaya gəlib.
1948-ci ildə Azərbaycanın xalq artisti Fuad Poladov anadan olub.
1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi keçirilib. 7 ölkənin iştirak etdiyi yarışın qalibi İsveçrə özü olub.
1967-ci ildə yazıçı, Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin baş katibi Şıxəli Qurbanov vəfat edib
1967-ci ildə Azərbaycan əslli türkiyəli aktyor Tamer Karadağlı (Haluk) anadan olub.
1989-cu ildə türklərin Bolqarıstandan Türkiyəyə kütləvi deportasiyası başlayıb.
1992-ci ildə Azərbaycan Respublikası Vatikanla diplomatik əlaqələr qurub.
1994-cü ildə Bakıda birinci Beynəlxalq “Xəzərneftqaz” sərgi konfransı açılıb.
2004-cü ildə Şimali Koreyada mobil telefonları istifadəsinə məhdudiyyət qoyulub.