Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Frankfurtda Xocalı aksiyası

Frankfurtda Xocalı aksiyası
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Almaniyanın Frankfurt və ətraf bölgələrində yaşayan azərbaycanlılar Frankfurtun mərkəzində aksiya keçiriblər. Yüzlərlə azərbaycanlılar Xocalı soyqırımını anmaq və erməni təcavüzünə etiraz məqsədiylə bir yerə toplaşıblar, əllərində Azərbaycan bayraqları və soyqırımı əks etdirən fotolarla aksiyada iştirak edibılər. Xocalı Soyqırımı ilə bağlı xarici dillərdə nəşr edilən məlumatlar, kitablar paylanılıb.


Fotolardan ibarət kiçik bir Xocalı sərgisi də nümayiş etdirilib. Aksiya iştirakçıları çıxış edərək ermənilər tərəfindən törədilən faciəni qınayaraq, soyqırıma hüquqi qiymət verilməsini tələb ediblər. Aksiyada millət vəkili Qənirə Paşayeva da iştirak edib və çıxış edib. Çıxışı zamanı millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı edilən bir cinayət olduğunu vurğulayıb və dünya ictimaiyyətini bu cür faciələrin bir daha təkrarlanması üçün Xocalı soyqırımını tanımağa səsləyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. "İnsanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq" - millət vəkili Qənirə Paşayeva çıxışının sonunda deyib.



Aksiyada Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) eksperti tarixçi Məhərrəm Zülfüqarlı, TAVD başqanı Haqqı Keskin, Avropa Azərbaycanlıları Təşkilatının fəxri sədri Başar Kömür də iştirak ediblər.


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR