26 may, saat 15:00-da Qaradağ rayonunun Müşfiqabad qəsəbə Mədəniyyət evi bir neçə il davam edən təmirdən sonra yenidən fəaliyyətə başlayacaq.Müşfiqabad qəsəbə Mədəniyyət Evi 1987-ci ildə xüsusi layihə kimi inşa olunub. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2011-2013-cü illər üzrə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində, mədəniyyət sahəsində həyata keçiriləcək tədbirlər planına əsasən 2011-ci ildə əsaslı təmirə dayandırılıb. Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Ümumi sahəsi 2850 kv.m olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar mövcuddur. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sira başqa otağlar yerləşir. Binanın 1-ci mərtəbəsində Qaradağ rayon MKS-nin 1 saylı filialı (Müşfiqabad qəsəbə kütləvi kitabaxanası) fəaliyyət göstərir. Hal-hazırda kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Kitabxanada oxuculara xidmət şöbəsi fəaliyyət göstərir. 2011-2014-cü illərdə müəssisələrin yerləşdiyi bina təmirdə olduğu müddətdə mədəniyyət evi və kitabxana qəsəbədə əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində fəaliyyətini dayandırmamış, qəsəbədə yerləşən 274, 320 nömrəli tam orta məktəblərdə və N saylı hərbi hissədə silsilə tədbirlər təşkil edib.