Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞ Ermənistanın müdafiəsini gücləndirir

ABŞ Ermənistanın müdafiəsini gücləndirir
Vaşinqton Ermənistanla iqtisadi əməkdaşlığı məhdudlaşdıracaq, əvəzində isə Yerevanın müdafiə proqramına maliyyə dəstəyini artıracaq


ABŞ Ermənistana yardım formatını dəyişib. Bu il Birləşmiş Ştatlar Ermənistana humanitar yardımının həcmini 17% azaltmağa qərar verib. Belə ki, ABŞ, 2012-ci ildə qonşu ölkəyə 44.2 milyon dollar ayırırdısa, 2013-cü ildə bu rəqəm 36.6 milyon dollara bərabər olacaq.



Amerikanın “2013-cü il xarici ölkə proqramlarının maliyyələşdirməsi layihəsi”nə əsasən ABŞ-da büdcə qıtlığı yaranacağı və ya dövlət borclarının maksimal həddə çatacağı təqdirdə, analoji maliyyə kəsrləri demək olar ki, ABŞ-ın həm daxili, həm də xarici büdcə xərclərinə şamil olunacaq.

Müqayisə üçün deyək ki, Amerikanın Azərbaycana humanitar yardımının həcmi 21.8% azaldılacaq (20.8 milyon dollardan 16.3 milyon dollara endiriləcək).



Daha əsaslı dəyişikliklər isə Amerikanın Ermənistana yardımının formatı ilə bağlıdır. Belə ki, ötən illərdə ABŞ-ın Ermənistana ayırdığı yardımların böyük hissəsini ölkənin iqtisadiyyatının inkişafına yönələn proqramlar təşkil edirdisə, bu il bu sahəyə dəstək layihələrinə heç bir qəpik də ayrılmayacaq. Bununla yanaşı Birləşmiş Ştatların 2013-cü ildə Ermənistan üçün nəzərdə tutduğu yardımların üçdə iki hissəsi (27.2 milyon dollar) rəsmi Yerevanla müdafiə sahəsi üzrə əməkdaşlığa yönəldiləcək.

Bəzi ekspertlərin fikrincə, Vaşinqtonun beynəlxalq hərbi proqramların maliyyələşdirilməsini genişləndirmək qərarı, hər şeydən əvvəl ABŞ Müdafiə Nazirliyinin birbaşa kəsrləri ilə bağlıdır. Bu vasitə ilə rəsmi Vaşinqton, Pentaqonun maliyyələşdirilməsini dolayı yolla təmin etməyə çalışır.



“ Birləşmiş Ştatların Ermənistana yardımı demokratik, iqtisadi və regional təhlükəsizliyin inkişafı istiqamətində həyata keçirilən digər islahatlara yönəldilib. Bu yardım, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, eləcə də Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasına yönəlmiş diplomatik cəhdləri tamamlayır ” deyə ABŞ Konqresinin layihəsində qeyd olunub.



Ümumilikdə amerikanın yardımı Ermənistan sərhədlərində nəzarətin güclədirilməsi proqramlarına, eləcə də kütləvi qırğın silahları daşınmasının, narkotik maddə qaçaqmalçılığının qarşısının alınmasına şamil ediləcək. Bundan başqa, Birləşmiş Ştatlar, Ermənistanın Atom Elektirk Stansiyasının təhlükəsizliyinin qorunması və Ermənistan hərbi qüvvələrində islahatların davam etdirilməsi, eləcə də ölkədə qanunun tətbiqi və korrupsiya ilə bağlı mübarizə istiqamətində maliyyə yardımlarını davam etdirəcək. Layihənin ayrıca bir bəndində isə səhiyyə eləcə də analara qayğı və vərəmlə mübarizə proqramlarına da maliyyə dəstəyi nəzərdə tutulub.


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR