Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yayda dondurmaya diqqət!

Yayda dondurmaya diqqət!
Uşaqdan böyüyə, hər kəsin sevərək yediyi dondurma bu fəsildə ən çox üstünlük verilən qidalardan biridir.


İsti günlərin sərin ləzzəti olan dondurma bir çox vitamin və mineralları özündə birləşdirir. Tərkibi “A”, “B”, “C”, “D”, “E” vitaminləri, eyni zamanda protein, karbohidrat, kalsium, natrium, kalium, fosfor, dəmir, maqnezium və sink kimi minerallarla zəngindir. Lakin vitamin və minerallarla bol olan dondurmanın həddindən çox qəbulu sağlamlığa zərərlidir. Mütəxəssislərin fikrinə görə, ac olarkən yemək əvəzinə dondurmanın qəbulu bir sıra xəstəliklərə yol aça bilər. Bu zaman daha çox mədə ağrıları müşahidə olunur. Xüsusilə, uşaqların dondurma yemələrinə diqqət edilməsi vacib məsələ hesab olunur. Həkimlər uşaqlara dondurmanın böyük loğmalarla qəbul olunmasını riskli olduğunu bildirirlər.



Dondurmanın tərkibində müəyyən miqdarda hava olur ki, əgər uyğun şəraitdə saxlanılmazsa, əriməyə başlayır. Əriyən dondurmanın tərkibindəki hava yox olduğu üçün həcmi azalır. Nəticədə içərisində kiçik buz parçaları yaranır. Həkim-qastroloq Habil Hüseynov bu halda qəbul edilən dondurmanın boğaz ağrılarına səbəb olduğunu bildirdi. H. Hüseynov onu da qeyd etdi ki, dondurma sağlam insanda heç bir problem yaratmasa da, bəzi insanlar üçün zərərli ola bilər: “Dondurmada yüksək miqdarda kalori olduğundan artıq çəkidən əziyyət çəkənlərə normadan artıq qəbulu məsləhət görülmür. Eyni zamanda tərkibindəki maddələr şəkərin tez qalxmasına səbəb olduğu üçün şəkərə meyilli olan xəstələr xüsusilə diqqət etməlidirlər. Bu cür problemləri olan insanlara gün ərzində 1 porsiyadan artıq dondurma qəbul etmələri tövsiyə olunmur. Onu da qeyd edim ki, dondurma süddən hazırlandığı üçün südə allergiyası olan insanlar da diqqət etməlidirlər. Əks təqdirdə, bu onlarda mədə-bağırsaq problemlərinə gətirib çıxara bilər”. Dondurmanın sağlamlığa elə də ciddi zərər vermədiyini deyən H. Hüseynov bu mövzuda diqqət edilməli nüansları vurğuladı: “Dondurma alarkən, ilk növbədə, istehsalının keyfiyyətli olub-olmadığına diqqət etmək lazımdır. Dondurmalara qatılan konservantlar keyfiyyətli deyilsə, bu da uyğun olmayan şəraitdə saxlandıqda kremlərdən keçən infeksiyalar daha da inkişaf edir və nəticədə mədə-bağırsaq xəstəlikləri əmələ gəlir. Bunun üçün də sertifikatı olan şirkətlərin istehsalına üstünlük vermək lazımdır”.



Mütəxəssislər hesab edirlər ki, dondurmanı yeməkdən sonra qəbul etmək daha məqsədəuyğundur. Dondurma qəbulundan sonra ilıq su içmək sizi boğaz ağrılarından qoruyacaqdır.


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR