Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu günün tarixi

Bu günün tarixi


Miladi: 23 may 2014



Hicri: 24 rəcəb 1435



İlin 143-cü günü



İlin sonuna 222 gün qalır



Bu günün namaz vaxtları



Fəcr – 04:53



Günəş – 06:18



Zöhr – 13:41



Əsr – 18:16



Məğrib – 21:11



İşa – 22:50



1040-cı ildə Mərv yaxınlığında Səlcuqlarla Qəznəvilər arasında Dəndənəkan döyüşü baş verib.



1524-cü ildə Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair Şah İsmayıl Xətai vəfat edib.



1908 - Tehranda əksinqilabi çevriliş olub, Konstitusiya tərəfdarlarına divan tutulub. İranda 1905-ci ilin sonunda monarxiya əleyhinə başlanan Məşrutə (Konstitusiya) inqilabının ilk mərhələsi 1906-cı ildə Müzəfərəddin şahın Konstitusiyanın qüvvəyə minməsini elan etməsi ilə başa çatmışdı. Tehrandakı əskinqilabi çevrilişdən sonra inqilabın ikinci mərhələsi başlandı və fəal proseslər Tehrandan Təbrizə, Cənubi Azərbaycana keçdi. Tezliklə Səttərxanın başçılıq etdiyi fədailər dəstəsi Təbrizi ələ keçirərək onu İran inqilabının mərkəzi elan etdilər.



1918 - Xalq Cumhuriyyətinin Nazirlər Şurası ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası” ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edib.







1920 - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbayjan Demokrat Firqəsi həmin ilin aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək “Azadıstan” (“Azadlıq ölkəsi”) adlandırılacağını bəyan etdi. Milli Hökumət həmin ilin sentyabrında Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.



1945-ci ildə nasist komandir Himler ələ keçməmək üçün özünü zəhərləyərək intihar etdi.



1951-ci ildə şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov dünyaya gəlib.



2001-ci ildə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis edilib.



2002-ci ildə Roma papası II İohan Pavel Azərbaycana səfər edib.



2003-cü ildə Azərbaycan Respublikası Sent Vinsent ilə diplomatik əlaqələr yaradıb



2006 - Azərbaycanda ilk dəfə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Prezident İlham Əliyev BMT-nin Baş Assambleyası tərəfindən iyunun 23-nün “Dövlət qulluğu günü” elan olunmasını nəzərə alaraq bu barədə müvafiq sərəncam (25 may 2006) verib.


Teqlər:
Bu xəbər cəmi 1115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR