Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 219 mm-lik "Goranboy QPS qaz kəməri qolu"nun 3,0-cü kilometrində aparılan təmir işləri və qaztənzimləyici qurğunun quraşdırılması, eləcə də 500 mm-lik "Qaradağ-Duvannı" magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Naftalan rayonuna, Goranboy və Qaradağ rayonlarının bir hissəsinə, Bakının Səbail rayonu Bayıl qəsəbəsi Əhəd Yaqubov küçəsi, 39 ünvanı ilə Qazalin küçəsinin kəsişməsində inşa olunmuş "Su İdmanı Sarayı Kompleksi"nə yeni avtomobil yolunun çəkilməsi və 325 mm-lik qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin demontaj edilməsi ilə əlaqədar isə saat 11:00-dan işlər başa çatanadək Səbail rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.