QOÇ - Bu gün kənardan sizə böyük dəstək verənlər ola bilər. Hətta bu ərəfədə iş yerini və ya üslubunu dəyişmək üçün də böyük şanslar əldə edəcəksiniz. Nahardan sonra sövdələşmələriniz gözlənilir.
BUĞA - Bürcünüzə xas olmayan özünütərif prinsipindən qaçın. Bu, nüfuzunuza xələl gətirə bilər. Çalışın ki, ünsiyyətdə olduğunuz hər kəsə mərhəmət göstərəsiniz. Acıdil olmayın.
ƏKİZLƏR - Artıq öz bürcünüz başladığı üçün nə vaxtdan bəri həsrətində olduğunuz məqamlarla rastlaşacaqsınız, xüsusən də fəaliyyətdə və sevgidə. Saat 14-dən sonra qazanmaq imkanınız da ola bilər.
XƏRÇƏNG - Daha çox düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də şəxsi büdcənizin dirçəlməsində uğura yiyələnəcəksiniz. Axşam isə doğmalarınıza baş çəkməyiniz yaxşı olar.
ŞİR - Səhhətlə bağlı problemlə rastlaşma ehtimalınız var. Havaların istiləşməsi nəticəsində ürəksıxılmalarına məruz qala bilərsiniz. Bu səbəbdən də bütün fiziki işlərinizi təxirə salın.
QIZ - Astroloji göstəricilər bu ərəfədə daha çox təmkin göstərməklə müvəffəqiyyət əldə edəcəyinizi bəyan edir. Ümumiyyətlə, bu təqvimdə çılğınlıq sizə yalnız zərər yetirə bilər.
TƏRƏZİ - Xoş ovqat qazanmaq üçün bu təqvimdən maksimum istifadə etməlisiniz. Bu istiqamətdə Göy qübbəsi də sizə yardımçı olacaq. Yeni xəbərlər, maraqlı adamlar yolunuzu gözləyir.
ƏQRƏB - İşgüzar əlaqələri dərinləşdirmək üçün birə beş qat əzmkarlıq göstərməlisiniz. Qarşılıqlı anlaşma sizin üçün vacib şərtdir. Şəxsi həyatınızda mühüm rol oynayan adamlarla ünsiyyəti qoruyun.
OXATAN - Saat 15-ə qədər özünüzü münaqişəli situasiyalardan qorumalısınız. Elə addım atın ki, ətrafda özünüzə qarşı ikrah doğurmayasınız. Sonrakı saatlarda isə uğurlu məqamlar yaşayacaqsınız.
OĞLAQ - Nahara qədər əsəblərinizi qoruya bilsəniz, sonrakı müddəti rahat başa vuracaqsınız. Sənədləşdirmə işlərində yarımçıq qalan məsələləri həll edin. Axşam evə bir qədər tez gedin.
SUTÖKƏN - Sağlamlıqla bağlı problemləriniz artdığından astroloji göstəricilər ağır fiziki işlər görməyinizi məsləhət görmür. Ətrafınızda nələr baş versə də, bütün işlərə yüksək enerji ilə başlayın.
BALIQLAR - Qan-damar sisteminə fikir verin. Nəzərə alın ki, Ayın mənfi təsiri altındasınız. Pulla bağlı riskli sövdələşmələrdən uzaq olun. Fəaliyyətinizdə isə sıçrayış mümkündür.