Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda Azərbaycan-Rusiya sərhədləri müzakirə olundu

Bakıda Azərbaycan-Rusiya sərhədləri müzakirə olundu


Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclası keçirilib. İclasda Azərbaycanla Rusiya arasında olan münasibətlərindən danışan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibət, etimad o cümlədən də və dostluq münasibətləri nəinki ikitərəfli, həmçinin regional xarakterli məsələlərin həllinə kömək edəcək.



Nazir müavini vurğulayıb ki, işğal olunmuş torpaqların azad edilməsində Rusiyan töhfə verəcəyinə əminik: “Bu kontekstdə biz əminik ki, Rusiya regionda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayan qonşu dövlət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən çoxdur davam edən bu qanlı münaqişənin tez bir zamanda həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün öz töhfəsini verəcək".



Daha sonra çıxış edən Demarkasiya üzrə komissiyanın Rusiya tərəfdən həmsədri Vadim Postnov prezidentlər arasında imzalanmış sərhəd haqqında sənədi xatırladaraq bildirib ki, bu sənəd növbəti iş üçün geniş imkanlar açacaq.



O, prosesdə irəliləyişlərin əldə olduğunu əlavə edib: “Bu sərhədlər dostluq sərhədi olacaq bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Bizim iqtisadi, insani və digər əlaqələrimiz qarşısında heç bir maneə yaratmayacaq”.


Teqlər:
Bu xəbər cəmi 1450 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR