Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Keçmiş mühasibi Ziya Məmmədovu ittiham etdi

Keçmiş mühasibi Ziya Məmmədovu ittiham etdi
Sonralar statistik şöbəni, texniki xidmət şöbəsini, enerji ehtiyatlarının bölüşdürülməsi şöbəsini idarə edib


 






“Ziya Məmmədov məni elə bir vaxtda divara sıxdı ki, azyaşlı qızım ölüm ayağında idi. Onun müalicəsi ilə məşğul idim. İşsiz qalandan sonra xərclərini qarşılaya bilmədim. Məni avtovağzalın qapısından qovdular. Son ümid yerim olan işimi itirdim. Ardınca isə həyatda qalması xərc tələb edən övladımı...” 







“Qafqazinfo” xəbər verir ki, bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində Tofiq Qurbanov deyib.







T.Qurbanov ixtisasca riyaziyyatçıdır. 1982-1999-cu illərdə Respublika Hesablamalar Mərkəzində işləyib. Nəqliyyatda yükdaşıma, sərnişindaşıma üzrə şöbənin rəisi olub. 100-ə yaxın işçiyə rəhbərlik edib. Sonralar statistik şöbəni, texniki xidmət şöbəsini, enerji ehtiyatlarının bölüşdürülməsi şöbəsini idarə edib.







Həmsöhbətimiz özü haqda deyir ki, halal adam olub. Əlinin altında çalışan, işi ondan keçən yüzlərlə işçisi olub. Pul qazanıb özünə ev-eşik, rahat həyat düzəltmək üçün saysız-hesabsız şansları olub. Amma baş-qulağı dinc bir həyat sürüb. Ta ki, Ziya Məmmədov Dövlət Dəmiryol İdarəsindən yeni yaradılmış Nəqliyyat Nazirliyinə nazir gətirilənə qədər... 







“Ziya Məmmədov gələn kimi avtovağzalı mənimsədi...”







Tofiq Qurbanov nəqliyyat nazirinin onun ailəsinə vurduğu sağalmaz, dərin iz buraxmış yaralardan danışır: “1999-cu ildə “20 yanvar” metrosu yaxınlığında Mərkəzi Avtovağzal tikilməkdə olanda məni Hesablamalar Mərkəzindən ora mühəndis göndərdilər. Təchizat materiallarının təmin olunması işinə nəzarət edirdim.













Avtovağzal istismara veriləndən sonra aparıcı-iqtisadçı oldum. Bütün rayonlarda 24 strukturumuz vardı, onların fəaliyyətlərinin təhlili, ştatın tutulması və sair işlərə nəzarət edirdim. Bu, 1999-cu ildə oldu. 2003-cü ildə Nəqliyyat Nazirliyi yarandı, Ziya Məmmədov qurumun başına gətirildi. Nazir olan kimi də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub yazdı ki, yeni avtovağzalın tikintisi üçün Motodrom ərazisində 7,5 hektar torpaq ayrılsın. Sonra da Mərkəzi Avtovağzalın əsasnaməsini dəyişdi. Guya yığıncaqda bizim iştirakımızla qəbul olunmuş, əslində isə məzmunundan xəbərimiz olmayan əsasnaməyə görə, işçiləri 3 aylıq əmək müqaviləsinə keçirtdi. Beləcə, avtovağzalı mənimsəməyə başladı”.







Nazirin qəzəbindən qorxan çoxları müqaviləyə imza atsa da Tofiq Qurbanov özünü mütəxəssis və işində qüsursuz hesab etdiyinə görə belə bir müqaviləyə imza atmaqdan imtina edyini deyir: “Mən yazmadım. 2003-cü ildə Motodromun yerində təzə avtovağzal tikilməyə başladı. 2005-ci ilin yanvarında tapşırıq müqavilələri əsasında nazir avtovağzalı öz oğlu üçün yaratdığı şirkətə -  “M-TRANS”a verdi. Həmin vaxt “M-TRANS”ın heç nəyi yox idi. Bir həsir, bir də Məmmədnəsir idi. 8 ədəd kiçik tutumlu avtobusu var idi. Bu adamlar biznesə dilənçiliklə başladılar - sürücülərdən qəpik-quruş yığmaqla. Allah xasiyyətlərini kəssin, bu xasiyyətləri hələ də davam edir.







Avtovağzalı “M-TRANS”a verib işçiləri də ora keçirtdilər. Mən və təqribən 16 işçi keçmiş avtovağzalda qaldıq. Ziya Məmmədov sahibkarlığı inkişaf etdirmək adı altında bütün rayon daşımalarını oğluna verdi”. 







Anarın dostu Ziya Məmmədova kələk gəldi... 







T.Qurbanovun dediklərindən: “Əvvəl “M-TRANS”a nazirin oğlu Anarın yaxın dostu Mübariz Abbasovu direktor təyin edirlər. Anar uşaq, Mübariz də qurd... Baxırlar ki, bu qədər avtobus var, gecə-gündüz daşımalar var, ondan-bundan yığılan pullar var, ancaq kassa boşdur.







Ziya Məmmədov da ona göstərilən cüzi pulla yaxın düşmür. Departamentin rəisi Çingiz Baxışovla Mübariz Abbasovu yanına çağırıb gəliri-çıxdaşı hesablamağa başlayır. Mübarizlə Çingiz elə nazirin yanındaca tutuşurlar. Bir-birlərinə söyüşün biri bir qəpikdən... Məsələ bununla bitir ki, Mübarizi işdən qovurlar. Xımır-xımır yediyi milyonları ondan sonralar da ala bilmədilər. Ziya Məmmədov “M-TRANS”a isə bu dəfə öz qardaşı oğlunu direktor təyin edir...







Mərkəzi Avtovağzalın fəaliyyəti dayanmamış Bakı Beynəlxalq Avtovağzalı fəaliyyətə başladı. Dediyim kimi, işçilərin çoxunu işdən çıxardılar, bir hissəsini “M-TRANS”a keçirib Bakı Beynəlxalq Avtovağzalına apardılar. Mən və 16 işçi qaldıq köhnəsində. Bizim avtovağzalın direktoru Ağaqasım müəllim nə qədər dil tökdüsə, ərizə yazmadım. Dedim, qoy Ziya Məmmədov bütün Nəqliyyat Nazirliyinin işçilərinə fəaliyyətimi təftiş etdirsin, əgər iynə ucu qədər qüsurumu tuta bilsə, nəinki işdən çıxarsın, lap dama basdırsın, razıyam”. 







“Verdikləri xidməti vəsiqə də saxta idi”







“Gördülər tutduğumdan əl çəkmirəm, dedilər, kişi, şələ-küləni yığ, ərizəni yaz, keç “M-TRANS”a. Belə də etdim. Məni də Bakı Beynəlxalq Avtovağzalına köçürdülər. Bir ay işə gedib-gəldim. Mənə “M-TRANS”ın xidməti vəsiqəsini də verdilər. Hansı ki, üstündə vəzifəm “M-TRANS”ın aparıcı iqtisadçısı kimi göstərilmişdi.













Halbuki sonralar mən onları məhkəməyə verəndə hakim həmin vəsiqəni saxta adlandırdı. Çünki həqiqətən də vəsiqənin üstündə verildiyi tarix, etibarlılıq müddəti, vədiqəni verənin adı, soyadı, imzası yox idi. Bax, bunlar “M-TRANS”ı belə idarə edirdilər”.







T.Qurbanov sözünə belə davam edir: “Bu, elə bir vaxt idi ki, işdə bir nazirin ordusu ilə, evdə isə azyaşlı övladımın səhhəti ilə çarpışırdım. Vəziyyətimiz çox ağır idi. Üstümə çoxlu borc yığmışdım. Balamı müalicə etdirirdim. Belə bir vaxtda o boyda nazir bir işçisinin heysiyyəti ilə oynayırdı.







Bir ay gedib-gəldiyim iş yerinə bir səhər buraxılmadım. Dedilər, nazir belə göstəriş verib. Səbəb isə o idi ki, nazirin öz adamlarının “qara mühasibatlığı”nı ifşa edirdim. İran, Türkiyə daşımalarına, kassada satılan biletlərə nəzarət edirdim, haqq-hesabını aparırdım. Sonra da yuxarı hesabat verirdim. Deyirdilər, a kişi, burnunu hər yerə soxma. Çünki özlərinə öz qanunsuz, qara əməllərinin hesabatını təqdim edirdim, acıqlarına gəlirdi.







Ona görə də nazirə nə dedilərsə, məni işdən uzaqlaşdırmağı göstəriş verdi. Nəqliyyat Nazirliyinin qarşısında az qala çadır qurdum ki, Ziya Məmmədov məni qəbul edib dinləsin. İş itirən vaxtım deyildi. Mən 4 ildir ki, nazirin yanına düşüb ona üzbəüz demək istəyirəm ki, o, mənim əlimdən təkcə işimi yox, balamı da alıb”. 







Tofiq Qurbanov işə bərpa və işsiz qaldığı müddətdə itirilmiş maaşın ona ödənilməsi iddiası ilə məhkəməyə də üz tutub. Məhkəmə iddiasını təmin etməyib. Sonra da Prezident Administrasiyasının rəhbərinə məktub yollayıb.







Onun özünü dinləyək: “Ziya Məmmədov və onun qohum-əqrəbasının apardıqları qanunsuz avtovağzal əməliyyatı mənə, ailəmə külli miqdarda maddi-mənəvi zərbə vurmaqla 14 yaşlı övladımın ölümü ilə nəticələnib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə Ziya Məmmədovun dəmir yolunun rəisi işlədiyi dövrdə dövlət əmlakını mənimsədiyini demişdi, onun əməllərinin Baş Prokurorluqda araşdırılması üçün göstəriş vermişdi.







Ziya Məmmədov sonralar nazir vəzifəsinə irəli çəkildi, toxunulmazlıq əldə etdi, nəqliyyat sahəsini “şah qanundur” prinsipi ilə idarə etməyə başladı. İşdən çıxarılandan bəri - bu 4 il ərzində haqlarımı tələb etmək üçün nə Ziya Məmmədovun, nə də qeyrilərinin qəbuluna düşə bilməmişəm.







Avtovağzal əməliyyatının iştirakçıları dəbdəbəli həyat tərzi sürürlər. Mən və ailəm isə onların qanunsuz hərəkətlərinin qurbanlarıyıq. Ziya Məmmədovun qohum-əqrəbası mənə qarşı  qeyri-insani davranıb. Mən onların əməllərinə hüquqi qiymət verilməsini tələb edirəm”. 




 



Teqlər:
Bu xəbər cəmi 1205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR