Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov Morninqstarın hərəkətinə təəssüfləndi

Mikayıl Cabbarov Morninqstarın hərəkətinə təəssüfləndi
Ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna verdiyi müsahibə hələ də müzakirə olunur. Səfirin toxunduğu məsələlərdən biri də təhsil sahəsində korrupsiyanın olması ilə bağlı idi. Təhsil Nazirliyi səfirin səsləndirdiyi ittihamla bağlı “Qafqazinfo”nun sorğusuna belə cavab verib:


“Əslində cənab Morninqstarın bu sözləri Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb. Təhsil naziri cənab Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi görüş keçirmiş, onların 3-ü də səfirin xahişi ilə baş tutmuş və bu görüşlərdə təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə müzakirə olunub. Bu görüşlər zamanı cənab Morninqstarın hər hansı istənilən məsələni qaldırması üçün məneələr olmayıb. Lakin bu görüşlərin heç birində cənab Morninqstar Azərbaycanın təhsil sistemində korrupsiya probleminə toxunmayıb.

Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə Nazirliklə müzakirə olunmasını və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır. Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur”.


Teqlər:
Bu xəbər cəmi 1990 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR